...

Rusiyada bəzi dərmanlar mağazalarda satılacaq

Dünya xəbərləri Materials 19 Fevral 2018 16:54 (UTC +04:00)
Rusiyada ərzaq mağazalarında reseptsiz verilə bilən dərmanların satışına icazə verən qanun apteklərin sayını kəskin azalmasına səbəb ola bilər
Rusiyada bəzi dərmanlar mağazalarda satılacaq

Bakı. Trend:

Rusiyada ərzaq mağazalarında reseptsiz verilə bilən dərmanların satışına icazəni nəzərdə tutan qanun ölkədə apteklərin sayının kəskin azalmasına səbəb ola bilər.

Trend-in məlumatına görə, bu məsələ ilə bağlı qanun layihəsi 2017-ci ildə hazırlanıb.

Mütəxəssislər hesab edir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə əsasən kiçik şəhərlərdə apteklər bağlana bilər.

Qeyd olunur ki, bu qanundan daha çox ərzaq mağazalarının yaxınlığında yerləşən apteklər zərər görəcək.

Qanun layihəsinin müəlliflərinin fikrincə, reseptsiz verilə bilən dərmanların ərzaq mağazalarında satışı dərmanların ucuzlaşmasına gətirib çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti