...

Türkiyənin ZƏFƏRİ - Kilislə sərhəd tamamilə terrorçulardan təmizləndi

Dünya xəbərləri Materials 20 Fevral 2018 17:45 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Kilis vilayətinin Suriyanın Afrin rayonu ilə sərhədi tamamilə terrorçulardan təmizlənib.

Trend-in məlumatına görə, hərbi mənbələr Kilis sərhədi üçün hər hansı təhdidin qalmadığını bildirir.

Qeyd olunur ki, Afrində “Zeytun budağı” əməliyyatı başladığı gündən Suriyada 82 yaşayış məntəqəsi azad edilib. Əməliyyatlar zamanı 32 türkiyəli hərbçinin həlak olduğu məlumat verilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti