...

“Zeytun budağı”nda 1873-cü terrorçu zərərsizləşdirildi

Dünya xəbərləri Materials 23 Fevral 2018 11:13 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1873 nəfərə çatıb.
“Zeytun budağı”nda 1873-cü terrorçu zərərsizləşdirildi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1873 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.

Məlumatda bildirilir ki, son sutkada 44 terrorçu məhv edilib.

Qeyd edək ki, Baş Qərargahın terrorçulardan azad edilən məntəqələrin sayı ilə bağlı ötən gün açıqladığı son rəqəm 93 olub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti