Bakı. Trend:
Səudiyyə Ərəbistanında ötən gündən kinoteatrlara lisenziyaların verilməsinə başlanılıb.
Trend-in məlumatına görə, bu barədə krallığın mədəniyyət və informasiya nazirliyinin saytında yayılan məlumatına deyilir.
Məlumatda bildirilir: "Səudiyyə Ərəbistanında kinoteatrlara lisenziyaların verilməsi prosesi dərhal başlayır".
Qeyd edək ki, 1980-ci illərin əvvələrində Səudiyyə Ərəbistanında kinoteatrlara qadağa qoyulub. Bu ölkənin vətəndaşları qonşu Bəhreyndə kinoteatrlara gedirdilər. Proqrama əsasən, 2030-cu ilədək 300-dən çox kinoteatr şəbəkəsinin açılması planlaşdırılır.