Bakı. Trend:
“Instagram” sosial şəbəkəsində səsli və video zəng funksiyaları işə salınacaq.
Trend-in məlumatına görə, istifadəçilər sosial şəbəkənin “Android” versiyasında “zəng” və “videozəng” funksiyalarının işarələrini aşkar edib.
Bu funksiyaların işə salınması hələ yanvar ayında elan olunmuşdu. Hazırda bu funksiyaların sınaq rejimində olduğu ehtimal edilir.
“Instagram” bununla bağlı məlumatları təsdiq etməyib.