...

Burkina-Fasonun paytaxtında terror hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb

Dünya xəbərləri Materials 3 Mart 2018 02:12 (UTC +04:00)
Burkina Fasonun paytaxtı Uaqaduqu şəhərində terrorçuların hücumu nəticəsində ən azı 15 nəfər ölüb.
Burkina-Fasonun paytaxtında terror hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb

Bakı. Trend:

Burkina Fasonun paytaxtı Uaqaduqu şəhərində terrorçuların hücumu nəticəsində ən azı 15 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu "Associated Press" agentliyinə ölkənin rabitə və kommunikasiyalar naziri Remi Danjüinu deyib.

Onun sözlərinə görə, ölənlərdən 7-si hüquq mühafizə orqanlarının əməkdaşlarıdır, daha səkkizi isə terrorçudur: "Ölənlərin sayı artda bilər."

Ölkənin ordusu öz növbəsində bildirir ki, hücum nəticəsində ən azı 90 nəfər yaralanıb.

Xatırladaq ki, dünən Burkina Fasonun paytaxtı Uaqaduquda Fransa səfirliyinin yaxınlığında terror aktı törədilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti