...

Dünyada ilk dəfə pilotsuz uçan taksi sınaqdan keçirilir

Dünya xəbərləri Materials 14 Mart 2018 10:49 (UTC +04:00)

Bakı. Trend:

Yeni Zelandiyanin Kraysçörç şəhərində dünyada ilk dəfə olaraq pilotsuz uçan taksi sınaqdan keçirilir.

Trend-in məlumatına görə, bu pilotsuz taksiyə "Cora" adı verilib. Nəqliyyat vasitəsi vertolyot kimi şaquli vəziyyətdə enə və qalxa, təyyarə kimi uça bilir.

"New Zealand Herald" qəzeti layihə üzərində işlərin 8 il davam etdiyini yazır. Layihəni hazırlayan "Zephyr Airworks" şirkəti uçan taksini qarşıdakı 6 il ərzində bazara çıxarmağı planlaşdırır.

Pilotsuz taksi iki sərnişini daşıya biləcək. Elektrik mühərrikə sahib bu nəqliyyat vasitəsi ətraf mühit üçün təhlükəsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti