...

Tailandda ağır qəza: 19 ölü, 35 yaralı

Dünya xəbərləri Materials 22 Mart 2018 07:47 (UTC +04:00)
Tailandın şimal-şərqində, Nakhonratçasima vilayətində ikimərtləbəli avtobus yük avtomobili ilə toqquşub.
Tailandda ağır qəza: 19 ölü, 35 yaralı

Bakı. Trend:

Tailandın şimal-şərqində, Nakhonratçasima vilayətində ikimərtləbəli avtobus yük avtomobili ilə toqquşub.

Trend-in "Bangkok Post"s istinadən verdiyi məlumata əsasən, hadisə bəticəsində 19 nəfər ölüb, daha 35 nəfər isə yaralanıb.

Qəzanın səbəbləri araşdırılır. Qeyd olunur ki, avtobusda 50 nəfər olub.

Polisin məlumatına görə, 15 nəfər hadisə yerində dünyasını dəyişib. Yaralananlar dərhal xəstəxanalara yerlşdirilib. Avotbus sürücüsü sağ qalıb, tezliklə polis onu dindirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti