Bakı. Rufiz Hafizoğlu - Trend:
İŞİD tərəfindən təhlükənin olmadığını nəzərə alsaq, Fransa hərbi kontingentinin Suriyada qalması mənasını itirir və işğala bərabərdir.
Trend-in məlumatına görə, bunu Türkiyənin Müdafiə naziri Nurəddin Canikli deyib.
Caniklinin sözlərinə görə, bu, həmçinin ABŞ hərbi kontingentinə də aiddir.
"Zeytun budağı" əməliyyatından danışarkən, türkiyəli nazir deyib ki, bu əməliyyat qanun çərçivəsində aparılıb.
Xatırladaq ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrin şəhərini PYD və YPG terrorçularından azad ediblər.