...

İstanbulda atışma: polis əməkdaşı yaralanıb

Dünya xəbərləri Materials 1 Aprel 2018 10:39 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində atışma baş verib.
İstanbulda atışma: polis əməkdaşı yaralanıb

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində atışma baş verib.

Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, atışma nəticəsində polis əməkdaşı yaralanıb.

Qeyd olunur ki, üç naməlum şəxs və polis arasında borca görə baş verən mübahisənin sonunda naməlum şəxslər atəş açaraq, hadisə yerindən qaçıblar.

Yaralanan polis əməkdaşı xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır, şübhəli bilinən 6 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti