Bakı. Trend:
Kaliforniyada "YouTube"un baş ofisində baş verən atışma nəticəsində 4 nəfər yaralanıb, daha bir nəfər isə ölüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu yerli polis bildirib.
"Ümumilikdə 4 yaralımız var, onlar xəstəxanaya çatdırılıb və daha bir nəfər isə binanın daxilində ölüb", deyə polis əməkdaşı bildirib.
Ehtimala görə, bina daxilində ölən atəş açan qadındır. Onun intihar etdiyi ehtimal olunur.
X X X
01:42
"YouTube" videoportalının baş ofisində atışma törətməkdə şübhəli bilinən qadın ölüb.
Trend-in məlumatına görə, bu barədə MSNBC telekanalını məlumatı yayıb.
Məlumata əsasən, hadisə ilə əlaqədar xəstəxanaya 5-ə qədər yaralı çatdırılıb.
X X X
01:12
"YouTube"un əməkdaşları sosial şəbəkələrdə şirkətin baş ofisində atışma baş verdiyini bildirirlər.
Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir. Yaralıların olduğu da bildirilir.
Qeyd olunur ki, bu xəbərlərdən sonra binaya polis əməkdaşları daxil olub və bəzi əməkdaşları çölə çıxarıb. KİV-lərin yaydığı məlumata əsasən hadisə yerinə xüsusi təyinatlı dəstələr də cəlb olunub.
Həmçinin bildirilir ki, atışmanı qadın törədib.