...

Türkiyədə hərbi maşın partladılıb: 9 hərbçi yaralanıb

Dünya xəbərləri Materials 9 Aprel 2018 02:16 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə Ağrı vilayətinin Doğubayazit şəhərində hərbi avtomobil partladılıb, nəticədə 9 hərbçi yaralanıb.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, avtomobil yerli jandarmeriyanın xüsusi qrupunu daşıyırdı. Hadisə Türkiyə-İran sərhədinin yaxınlığında baş verib.

Hərbçilərin yerləşdirilriyi xəstəxanadan bildiriblər ki, yaralananların vəziyyəti normaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti