...

Yerevanda etirazlar davam edir: polisin çağırışına məhəl qoyulmadı

Dünya xəbərləri Materials 17 Aprel 2018 09:44 (UTC +04:00)
Yerevanda etirazlar davam edir.
Yerevanda etirazlar davam edir: polisin çağırışına məhəl qoyulmadı

Bakı. Trend:

Yerevan polisinin rəis müavini Valeri Osipyan Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edənlərə aksiyanı dayandırmağa çağırıb.

Trend-in məlumatına görə, buna baxmayaraq Yerevanda etiraz aksiyası davam edir.

Aksiyanın rəhbəri, deputat Nikol Paşinyan isə bəyan edib ki, etirazçılar bu gün S.Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirə olunacağı və səsvermə keçiriləcəyi parlamentə gedən yolları bağlamağa çalışacaqlar.

Hazırda aksiya iştirakçıları Abovyan, Koryun və Teryan küçələrindədirlər.

Qeyd edək ki, ötən gün etirazçılarla polis arasında toqquşma yaşanıb. 46 nəfər tibbi yardıma müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti