Bakı. Trend:
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud onun saraylarından birinin yaxınlığında kiçik pilotsuz uçuş aparatı vurularkən sarayda olmayıb.
Trend-in məlumatına görə, bunu "Reuters" agentliyinə Səudiyyə Ərəbistanı krallığının yüksək vəzifəli nümayəndəsi bildirib.
Nümayəndə deyib: "Kral Diriyada öz fermasında olub".
Qeyd edək ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Ər-Riyadın Əl-Hazama rayonunda kralın saraylarından birinin yaxınlığında kiçik pilotsuz uçuş aparatı vurublar. İnsident nəticəsində xəsarət alan olmayıb.