Bakı. Trend:
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hərbi hava qüvvələri Yəmənin şimal-şərqini bombalayıb.
Trend-in məlumatına görə, atılan mərmilər nəticəsində 20 nəfər ölüb, daha 40-ı yaralanıb.
Məlumatda deyilir ki, insident Xaca əyalətində qeydə alınıb, mərmi toy mərasiminin keçirildiyi evə düşüb.
Bundan əvvəl Yəməndə husilər Səudiyyə Ərəbistanının Cizan əyalətinin hava limanına iki raket atıb.