...

Yəməndə "Əl-Qaidə"nin komandiri öldürülüb

Dünya xəbərləri Materials 27 Aprel 2018 03:19 (UTC +04:00)
Yəməndə pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində "Əl-Qaidə" terror qruplaşmasının yüksək rütbəli komandirlərindən biri məhv edilib
Yəməndə "Əl-Qaidə"nin komandiri öldürülüb

Bakı. Trend:

Yəməndə pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində "Əl-Qaidə" terror qruplaşmasının yüksək rütbəli komandirlərindən biri məhv edilib.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Şabva əyalətində mənbə bildirib.

Mənbənin sözlərinə görə, "Əl-Qaidə" komandiri Naser Hüseyn Bamduh əl-Bubakri əl-Aulyaki Yəmənin cənub-şərqində əs-Səid bələdiyyəsində məhv edilib.

O, qeyd edib ki, terrorçu əl-Aulyaki Şabva əyalətində "Əl-Qaidə"nin ən məşhur komandirlərindən biri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti