...

Paşinyan: Rusiya ilə münasibətlərə heç bir təhlükə yoxdur

Dünya xəbərləri Materials 29 Aprel 2018 15:32 (UTC +04:00)
Ermənistan və Rusiya arasında olan münasibətlərə heç bir təhlükə yoxdur
Paşinyan: Rusiya ilə münasibətlərə heç bir təhlükə yoxdur

Bakı. Trend:

Ermənistan və Rusiya arasında olan münasibətlərə heç bir təhlükə yoxdur.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Ermənistanda keçirilən etiraz aksiyalarının lideri Nikol Paşinyan Rusiya Federasiyasının Dövlət Dumasının deputatları ilə görüşdə bildirib.

N.Paşinyan deyib: "Biz bu gün Dövlət Dumasının deputatları ilə söhbət etdik. Onların sualları var idi, biz onları cavablandırdıq. Əsas məsələ onda idi ki, bu prosesdə Rusiyaya qarşı geosiyasi qəsd yoxdur, geosiyasi revers olmayacaq və Ermənistan-Rusiya münasibətlərinə heç bir təhlükə yoxdur".

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti