...

Yunanıstanda Avropanın ən böyük akkumulyator zavodu yanıb

Dünya xəbərləri Materials 2 May 2018 05:25 (UTC +04:00)
Yunanıstanda Avropanın ən böyük akkumulyator zavodu yanıb
Yunanıstanda Avropanın ən böyük akkumulyator zavodu yanıb

Bakı. Trend:

Yunanıstanda Avropanın ən böyük akkumulyator zavodu yanıb.

Trend-in məlumatına görə, Ksanti şəhərinin Olvio rayonunda yerləşən "Systems Sunlight" şirkətinə məxsus olan zavodda baş verən yanğın şirkətə ciddi ziyan vurub.

Kompaniyanın verdiyi məlumata əsasən, naməlum səbəbdən başlayan yanğın başlayandan bir neçə saat sonra lokallaşdırılıb. Rayonda zəhərli qazların olması təhlükəsi yoxdur.

Yanğının söndürülməsində 74 yanğınsöndürən və 23 texnika iştirak edib.

Xəbər lenti

Xəbər lenti