Bakı. Trend:
Rusiya ABŞ-a görə öz maraqlarından əl çəkən deyil.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiyalı diplomat qeyd edib ki, Moskva Vaşinqtonla dostluq münasibəti qurmaq niyyətindədir, lakin bu, ölkənin milli maraq və prinsiplərinə zidd olmamalıdır.
Lavrovun sözlərinə görə, hazırda iki ölkənin münasibətləri deqradasiyaya doğru gedir.