Bakı. Trend:
Meksikanın Herrero ştatının Çilpansinqo şəhərində yük maşınında 9 nəfərin cəsədi aşkar edilib.
Trend-in məlumatına görə, aşkar olunan cəsədlərin arasında yük maşının sürücüsünün də meyiti olub.
Meyitləri tapılan insanların müxtəlif qanunsuz malların ticarəti ilə məşğul olduqları bildirilir.
Yerli prokurorluq insident ilə bağlı araşdırma aparır.