...

Rejissor zürafənin zərbəsindən öldü

Dünya xəbərləri Materials 6 May 2018 19:35 (UTC +04:00)
Kinorejissor Karlos Karvalyo Cənubi Afrika Respublikasında çəkiliş zamanı zürafənin hücumu nəticəsində ölüb.
Rejissor zürafənin zərbəsindən öldü

Bakı. Trend:

Kinorejissor Karlos Karvalyo Cənubi Afrika Respublikasında çəkiliş zamanı zürafənin hücumu nəticəsində ölüb.

Trend-in məlumatına görə, Karvalyo yerli fermaların birində heyvanları iri planda çəkirdi. Bu an rejissora zürafə yaxınlaşıb çox güclü zərbə endirib. Zərbə Karvalyonu bir neçə metr kənara atıb.

Rejissor Yohanesburqda xəstəxanaya çatdırılıb, lakin orada dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti