Bakı. Trend:
İran Mərkəzi Bankının rəhbəri Vəliyolla Seyif ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə Naziriliyi məlumat yayıb.
Məlumatda deyilir ki, V.Seyif İranın İslam İnqilabı Keşikçiləri Korpusuna dəstəyə görə sanksiyalar siyahısına əlavə edilib.
Bundan əlavə, sanksiyalar siyahısına bir iranlı, bir İraq vətəndaşı, və "Əl-Bilad" bankı əlavə edilib.