...

Hindistan səsdən sürətli yerüstü "BraMos" raketlərini sınaqdan keçirdi

Dünya xəbərləri Materials 21 May 2018 13:32 (UTC +04:00)
Hindistan səsdən sürətli yerüstü "BraMos" raketlərini uğurla sınaqdan keçirib.
Hindistan səsdən sürətli yerüstü "BraMos" raketlərini sınaqdan keçirdi

Bakı. Trend:

Hindistan səsdən sürətli yerüstü "BraMos" raketlərini uğurla sınaqdan keçirib. Trend-in məlumatına görə, bu barədə Hindistanın Müdafiə Tədqiqatları Təşkilatından xəbər verilib.

Məlumata görə, raketin sınağı Odişa ştatında Balasor poliqonunda həyata keçirilib.

Məlumatda qeyd olunur ki, sınaqlar qarşısında qoyulmuş vəzifə uğurla yerinə yetirilib. Belə ki, yüksək dəqiqlikli "BraMos" qeyd olunmuş trayektoriya üzrə hərəkət edib və raketin bütün sistemləri ştat rejimində çalışıb.

Qeyd edək ki, "BraMos" Rusiya-Hindistan birgə müəssisəsi tərəfindən yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti