Bakı. Trend:
İsrail ordusu Qəzza sektorunu bombardman edib.
Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Aviqdor Liberman özünün "Twitter" səhifəsində yazıb.
İsrailli nazir qeyd edib ki, əsasən radikalların əlində olan tunel güclü bombardmana məruz qalıb.
A.Liberman yazıb: "Bu gün gündüz saatlarında terrorçuların infrastrukturlarına və Qəzzada onların əlində olan tunelə genişmiqyaslı zərbələr endirdik".