...

Lavrov: ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq

Dünya xəbərləri Materials 30 May 2018 11:57 (UTC +04:00)
Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır və Vaşinqtondan konkret təkliflər gözləyir
Lavrov: ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq

Bakı. Trend:

Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır və Vaşinqtondan konkret təkliflər gözləyir. Trend-in məlumatına görə, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov beynəlxalq forumda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, təəssüf ki, Rusiya ilə ABŞ münasibətlərində cəbhələşmə normaya çevrilib.

Rusiyalı nazir deyib: "Və bu bizdən asılı deyil. Nə ABŞ, nə də başqa bir ölkə ilə münasibətlərdə cəbhələşmə istəmirik",

S.Lavrov Rusiyanın bütün istiqamətlər üzrə əlaqələri bərpa etməyə hazır olduğunu da xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti