Bakı. Trend:
ABŞ Prezidentinin mənim haqqımda fikirləri maraqlı deyil və mən bu sözlərə cavab verməyəcəyəm.
Trend-in məlumatına görə, bunu “Russia Today” telekanalına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib.
O bildirib ki, Donald Trampın işlətdiyi sözlər onun haqqında müəyyən rəy yaradır:
“Mən bu dildə danışmıram və bu cür ifadələr işlətməyə hazırlaşmıram. Bu cür ifadələr heç kim üçün əhəmiyyət daşımır. Tramp kimi adamların sözləri mənim üçün maraqlı deyil”.
Qeyd edək ki, aprel ayında D.Tramp Suriyada kimyəvi hücumun baş verməsinə B.Əsədi ittiham etmiş və onu “heyvan” adlandırmışdı.