...

Liviyada "Əl-Qaidə" liderlərindən biri saxlanılıb

Dünya xəbərləri Materials 17 İyun 2018 23:41 (UTC +04:00)
Liviya Silahlı Qüvvələri "Əl-Qaidə" liderlərindən biri olan Əbu Sufyan bin Kamunu saxlayıb
Liviyada "Əl-Qaidə" liderlərindən biri saxlanılıb

Bakı. Trend:

Liviya Silahlı Qüvvələri "Əl-Qaidə" liderlərindən biri olan Əbu Sufyan bin Kamunu saxlayıb.

Trend-in məlumatına görə, bu barədə Liviya ordusunun rəsmi Facebook səhifəsində bildirilir.

Məlumata əsasən, Əbu Sufyan bin Kamu və onun ortağı Məhəmməd İdris əl-Mansuri Derna şəhərində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

Qeyd edək ki, Liviya Milli Ordusu Derna şəhərinin azad olunması üzrə əməliyyatı başa vurmaq üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti