...

Münxen aeroportunda bir sərnişinə görə 300-ə yaxın reys təxirə salınıb

Dünya xəbərləri Materials 29 İyul 2018 20:57 (UTC +04:00)

Bakı. Trend:

Münhen aeroportunda bir sərnişinə görə terminallardan biri bağlanıb, nəticədə 330-a yaxın reys təxirə salınıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, sərnişinlərdən biri lazımi yoxlamadan keçməyərək təhlükəsizlik zonasına daxil olub. Təhlükəsizlik xidməti buna reaksiya verməyib.

Cənubi Bavariyanın aviasiya qurumu bu barədə məlumat əldə edən kimi polis çağırıb, terminal boşaldılıb və yeddi saat bağlı qalıb. Bu hadisəyə görə təxminən 700 sərnişin aeroportda gecələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti