...

Moskvada Turgenyevin ev muzeyində yanğın söndürüldü

Dünya xəbərləri Materials 4 Avqust 2018 12:13 (UTC +04:00)
Moskvada muzeydə yanğın baş verib.
Moskvada Turgenyevin ev muzeyində yanğın söndürüldü

Bakı. Trend:

İlk xəbər saat 11:45-də yayımlanıb

Moskvada Turgenyevin ev muzeyində başlayan yanğın söndürülüb. Trend-in məlumatına görə, muzeydən 7 nəfər təxliyə edilib, xəsarət alan yoxdur.

Məlumata görə, yanğın muzeyin zirzəmisində başlayıb.

Yanğının səbəbləri məlum deyil.

X X X

Moskvada muzeydə yanğın baş verib. Trend-in məlumatına görə, yanğın barədə paytaxt fövqəladə xidməti xəbər yayıb.

Qeyd olunur yanğın Ostajenka küçəsində yazıçı İvan Turgenyevin ev muzeyində qeydə alınıb.

Bildirilir ki, bina taxtadandır və hazırda fasad yanır.

Ev 1819-cu ildə tikilib. 2009-cu ildə həmin yerdə Turgenyevin ev muzeyi fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti