...

Qahirədə avtomobil partladı, yoldan keçən avtobus da alışdı

Dünya xəbərləri Materials 6 Avqust 2018 11:32 (UTC +04:00)
Misirin paytaxtı Qahirənin küçələrindən birində avtomobildə partlayış baş verib.
Qahirədə avtomobil partladı, yoldan keçən avtobus da alışdı

Bakı. Trend:

Misirin paytaxtı Qahirənin küçələrindən birində avtomobildə partlayış baş verib.

Trend-in məlumatına görə, dəqiq say hələ qeyd edilməsə də, partlayış nəticəsində yaralıların olduğu bildirilir.

Məlumata görə, Əhməd Abdel Əzizi küçəsində minik avtomobilində baş vermiş partlayışdan sonra avtomobil yanmağa başlayıb. Həmin vaxt yolda hərəkətdə olan sərnişin avtobusu da alışıb.

Hadisə ilə bağlı başqa təfərrüatlar hələ yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti