Bakı. Trend:
Türkiyənin Hatay vilayətində 5 terrorçu məhv edilib.
Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, terrorçular vilayətdə havadan dəstəklə keçirilən xüsusi əməliyyat nəticəsində məhv ediliblər.
Ölkənin DİN-in yaydığı məlumatda qeyd olunur ki, terroçular avqustun 28-də 5 vətəndaşı onları ərzaqla təmin etmək məqsədi ilə girov götürüblər və bu gün buraxıblar.