...

Türkiyənin kurort zonasında güclü zəlzələ olub

Dünya xəbərləri Materials 12 Sentyabr 2018 10:51 (UTC +04:00)
Türkiyənin kurort zonasında güclü zəlzələ baş verib.
Türkiyənin kurort zonasında güclü zəlzələ olub

Bakı. Trend:

Türkiyənin kurort zonasında güclü zəlzələ baş verib.

Trend-in məlumatına görə, Antalyanın Qumluca rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Yerli vaxtla saat 09:21-də baş verən zəlzələnin dərinliyi 40 km olub.

İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb.

Xatırladaq ki, ötən gün də Antalyada 4,8 bal gücündə zəlzələ olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti