...

Ruhani: ABŞ nüvə razılaşmasına qayıdacaq

Dünya xəbərləri Materials 27 Sentyabr 2018 00:19 (UTC +04:00)
ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planına qayıdacaq
Ruhani: ABŞ nüvə razılaşmasına qayıdacaq

Bakı. Trend:

ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planına qayıdacaq.

Trend-in məlumatına görə, bu barədə İranın prezidenti Həsən Ruhani Nyu-Yorkda mətbuat konfransında jurnalistlərə bildirib.

H.Ruhani deyib: "Amerika Birləşmiş Ştatları gec və ya tez qayıdacaq. Mən əminəm ki, hazırkı vəziyyətdə İran yox, ABŞ təcrid olub".

Qeyd edək ki, Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti