...

Avroqrupun rəhbəri: İtaliyanın büdcə istiqaməti narahatlıq doğurur

Dünya xəbərləri Materials 1 Oktyabr 2018 23:05 (UTC +04:00)
İtaliyanın büdcə istiqaməti narahatlıq doğurur
Avroqrupun rəhbəri: İtaliyanın büdcə istiqaməti narahatlıq doğurur

Bakı. Trend:

İtaliyanın büdcə istiqaməti narahatlıq doğurur.

Trend-in məlumatına görə, bu barədə Avropanın İqtisadiyyat və Maliyyə Nazirləri Şurasının (Avroqrup) rəhbəri Mario Senteno Şuranın iclasından sonra bildirib.

M.Senteno deyib: "İraliyadakı vəziyyət bu günün gündəliyində deyildi, lakin İtaliya hökumətinin bu yaxınlardakı bəyanatları onun büdcə istiqaməti ilə bağlı narahatlıq doğurub... Biz hamımız avro ilə bağlıyıq və onu qorumaq üçün güclü siyasətə ehtiyacımız var. İtaliya hökuməti onun etibarlı və davamlı büdcə planının olduğunu göstərməlidir".

M.Senteno əlavə edib ki, İtaliya digər Aİ ölkələri kimi öz büdcə planının tam layihəsini oktyabrın 15-dək Avropa Komissiyasına təqdim etməlidir: "Əlbəttə, biz bu məsələyə qayıdacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti