...

CAR-da qatarlar toqquşdu - 320 nəfər xəsarət aldı

Dünya xəbərləri Materials 5 Oktyabr 2018 11:21 (UTC +04:00)
Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında iki qatar toqquşub
CAR-da qatarlar toqquşdu - 320 nəfər xəsarət aldı

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında iki qatar toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 320 nəfər xəsarət alıb.

Qeyd olunur ki, paytaxt Pretoriyaya hərəkət edən qatar stansiyada digər qatarla toqquşub.

Xəsarət alanlardan 32 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti