Bakı. Trend:
Yaponiyada "Konq-rey" tayfunundan 20-dən çox insan zərər çəkib, Cənubi Koreyada iki nəfər itkin düşüb.
Trend-in məlumatına görə, tayfun səbəbindən Pusan rayonunda 55 min ev işıqsız qalıb. Cənubi Koreyada 377 aviareys təxirə salınıb.
Tayfunun yaratdığı küləyin sürəti saniyədə 30 metrə çatır.