...

Rusiyalı hərbçilər üçün ekzoskelet yaradılıb

Dünya xəbərləri Materials 10 Oktyabr 2018 11:11 (UTC +04:00)
Rusiyalı hərbçilər üçün ekzoskelet yaradılıb.
Rusiyalı hərbçilər üçün ekzoskelet yaradılıb

Bakı. Trend:

Rusiya hərbçiləri üçün passiv ekzoskelet yaradılıb.

Trend-in məlumatına görə, bunu RİA Novosti-yə Dəqiq Maşınqayırma İnstitutunun Elmi Tədqiqat Mərkəzinin baş direktoru Albert Bakov deyib.

O bildirib ki, ekzoskeletlər hazırda Müdafiə Nazirliyində aprobasiya prosesindən keçir:

"Hazırda aktiv ekzoskeletin yaradılması üzrə iş aparılır. Lakin bu, gələcək nəsil təchizata daxil ediləcək".

Qeyd edək ki, ekzoskelet xarici karkasın köməyi ilə insanın ümumi gücünün artırılmasına səbəb olan cihazdır. Bu mexanizm hərəkətlər zamanı sərf olunan gücün artırılması ilə insanın biomexanikasını təkrar edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti