...

ABŞ-da "Maykl" qasırğasının qurbanlarının sayı 16-ya çatıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2018 04:39 (UTC +04:00)
ABŞ-da "Maykl" qasırğasının qurbanlarının sayı 16-ya çatıb
ABŞ-da "Maykl" qasırğasının qurbanlarının sayı 16-ya çatıb

Bakı. Trend:

ABŞ-da "Maykl" qasırğasının qurbanlarının sayı 16-ya çatıb.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" (NYT) qəzeti yerli hakimiyyəti istinadən xəbər verir.

Marianna şəhərinin şerifi Lu Roberts Cekson dairəsində (Florida ştatı) daha 3 nəfərin cəsədinin tapıldığını təsdiqləyib. Daha əvvəl 13 nəfərin öldüyü bildirilirdi.

Qeyd edilir ki, dağıntılar təmizləndikcə ölənlərin sayı arta bilər. Florida ştatının xilasetmə xidmətləri bildirir ki, ştatın çimərliklərindən birində daha bir neçə nəfərin meyiti aşkar edilib, lakin onların kimliyi hələki məlum deiyl.

Qəzatim məlumatına əsasən, ABŞ-ın şərq sahilində (Floridadan Virciniyaya qədər) azı 1,5 milyon insan elektrik enerjisiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti