Bakı. Trend:
Venesuelada bir neçə gün ərzində 51 nəfər həbsxanadan qaçıb.
Trend-in yerli KİV-lərə istinadən verdiyi məlumata görə, ölkənin Nieva-Esparta ştatında ilkin saxlanılma mərkəzindən 40 nəfər qaçıb. Bundan əlavə onlar qaçmamışdan əvvəl 2 nəfəri qətlə yetiriblər.
Daha 10 nəfər Suliya ştatında yerləşən həbsxanadan qaçıb. Sonuncu 1 nəfər isə Lara ştatında iş üzrə dinləmələr üçün məhkəməyə gətirildiyi zaman qaçıb.