...

MKİ rəhbəri səudiyyəli jurnalistin ölümünün araşdırılması ilə bağlı Türkiyəyə gəlir

Dünya xəbərləri Materials 23 Oktyabr 2018 10:51 (UTC +04:00)
MKİ rəhbəri səudiyyəli jurnalistin ölümünün araşdırılması ilə bağlı bu gün Türkiyəyə gəlir.
MKİ rəhbəri səudiyyəli jurnalistin ölümünün araşdırılması ilə bağlı Türkiyəyə gəlir

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Cina Hespel səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümünün araşdırılması ilə əlaqədar olaraq bu gün Türkiyəyə gələcək.

Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

C.Hespel səfəri çərçivəsində Türkiyənin rəsmi şəxsləri ilə görüşəcək.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti