...

İtaliyada daşqınlar nəticəsində ölənlərin sayı 30-a çatıb

Dünya xəbərləri Materials 5 Noyabr 2018 08:44 (UTC +04:00)

Bakı. Trend:

İtaliyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 30 nəfər çatıb.

Trend-in məlumatına görə, ötən gün Siciliyada 9-u bir ailənin üzvü olmaqla 12 nəfər həlak olub və ölənlərin sayı 30-a çatıb.

Daşqınlar baş verən yerə gələn Siciliyanın prokuroru Ambrogio Kartosio baş verənləri "fəlakət" adlandırıb.

İtaliyanın daxili işlər naziri Matteo Salvini bildirib ki, milli ərazilərin təhlükəsizliyini təmin etmək üçün 40 milyard avro lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti