...

Kişinyov aeroportunda reyslər ləngidi - SƏBƏB?

Dünya xəbərləri Materials 5 Noyabr 2018 14:39 (UTC +04:00)
Moldovanın paytaxtı Kişinyov beynəlxalq hava limanında bir sıra reyslər ləngiyib
Kişinyov aeroportunda reyslər ləngidi - SƏBƏB?

Bakı. Trend:

Moldovanın paytaxtı Kişinyov beynəlxalq hava limanında bir sıra reyslər ləngiyib.

Trend-in məlumatına görə, buna aeroport üzərində qatı duman səbəb olub.

Qeyd olunur ki, Buxarest, Minsk, İstanbul və Moskvadan təyyarələrin gəlişi iki saatdan çox ləngiyib.

Bundan başqa, Kişinyovdan İstanbula reys baş tutmayıb.

Proqnozlara əsasən, dumanın günün ikinci yarısında çəkiləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti