Bakı. Elnur Bağışov - Trend:
Avropanın ABŞ-a etirazından istifadə edilməlidir.
Trend-in məlumatına görə, bunu İran Parlamentinin Kənd təsərrüfatı, su və təbii ehtiyatlar komissiyasının üzvü Calal Mahmudzadə deyib.
Onun sözlərinə görə, ABŞ-ın İran əleyhinə tətbiq etdiyi sanksiyaların təsirini inkar etmək olmaz.
Deputatın sözlərinə görə, xarici siyasət yenidən nəzərdən keçirməli, İran əleyhinə sanksiyaların gücləndirilməsi ilə əlaqədar Avropanın ABŞ-a etirazından istifadə edilməlidir: "Yaranan fürsəti itirməməli və avropalıların ABŞ-ın yanında yer almasına imkan verilməməlidir”.
C.Mahmudzadə əlavə edib ki, İran Avropa Birliyi ilə əlaqələrini gücləndirməli və genişləndirməlidir. "Qonşu ölkələrlə gərginliklər azaldılmalıdır. Digər tərəfdən, daxili istehsala dəstək istiqamətində addımlar atılmalıdır”.