Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 50 nəfər çatıb.
Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd edilir: "Kabildə hücum nəticəsində ölənlərin sayı 50-yə çatıb, 72 nəfər xəsarət alıb".
Qeyed edək ki, bu gün Əfqanıstanın paytaxtı Kabildə şəhərin mərkəzində partlayış baş verib. İlkin məlumata əsasən, partlayışı terrorçu-intiharçı törədib. Ölkə prezidenti çərşənbəgünü elan edib.