...

Türkiyədə 4,1 bal zəlzələ oldu, camaat evlərini tərk etdi

Dünya xəbərləri Materials 22 Noyabr 2018 10:59 (UTC +04:00)
Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda zəlzələ baş verib.
Türkiyədə 4,1 bal zəlzələ oldu, camaat evlərini tərk etdi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanların gücü 4,1 bal olub.

Məlumata görə, zəlzələ səhər saatlarında, yerli vaxtla 08:50-də baş verib. Zəlzələnin dərinliyi 6,91 km olub.

Zəlzələ nəticəsində ciddi dağıntı və insan tələfatı olmasa da, yerli sakinlərin təşvişə düşərək evlrini tərk etdikləri bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti