...

500-dən artıq qeyri-leqal miqrant Meksikadan ABŞ-a keçməyə cəhd edib

Dünya xəbərləri Materials 26 Noyabr 2018 07:13 (UTC +04:00)
Mərkəzi Amerika ölkələrindən olan 500-dən artıq qeyri-leqal miqrant Meksika ərazisindən ABŞ-a keçəməyə cəhd ediblər
500-dən artıq qeyri-leqal miqrant Meksikadan ABŞ-a keçməyə cəhd edib

Bakı. Trend:

Mərkəzi Amerika ölkələrindən olan 500-dən artıq qeyri-leqal miqrant Meksika ərazisindən ABŞ-a keçəməyə cəhd ediblər.

Trend-in məlumatına görə, sərhədi qeyri-leqal üsulla keçmək istəyən miqrantlara qarşı ABŞ polisləri gözyaşardıcı qazdan istifadə ediblər. İnsident nəticəsində xəsarət alanlar və ya saxlanılanlar barədə məlumat verilmir.

Miqrantların sərhədi keçməyə cəhdlərindən sonra ABŞ-ın Gömrük-Sərhəd Xidməti San-Diyeqo və Tixuana şəhərləri arasında yerləşən "San-İsidro" sərhəd keçidini bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti