...

Özbəkistanda Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri başlayıb

Dünya xəbərləri Materials 26 Noyabr 2018 08:45 (UTC +04:00)
Bu gün Özbəkistanın Müdafiə Nazirliyi ilk dəfə bütün respublika üzrə ölkənin Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərinə başlayıb
Özbəkistanda Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri başlayıb

Bakı. Trend:

Bu gün Özbəkistanın Müdafiə Nazirliyi ilk dəfə bütün respublika üzrə ölkənin Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərinə başlayıb.

Trend-in məlumatına görə, bu barədə Özbəkistanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Nümayəndə deyib: "Özbəkistan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının sərəncamına əsasən Müdafiə Nazirliyinin qoşunları təlim həyəcanı ilə qaldırılıb".

Onun sözlərinə görə, təlimlər 5 gün davam edəcək: "İndiyə kimi hərbi qulluqçuların belə miqyaslarda döyüş hazırlığının yoxlaması keçirilməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti