Bakı. Trend:
ABŞ ümid edir ki, Aİ İranın raket proqramı ilə bağlılığı olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edəcək.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.
B.Huk deyib: "Avropalılar tam şəkildə bunu başa düşür və mən hesab edirəm ki, biz təklifin Brüsseldə müzakirə olunması üçün irəli gedirik. Bu ciddi və artmaqda olan təhlükədir".
O, xatırladıb ki, ABŞ Aİ-nin İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini gözləyir.
Qeyd edək ki, dekabrın 2-si ABŞ dövlət katibi Mayk Pompeo İranı BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmaqla orta mənzilli ballistik raketi sınaqdan keçirməkdə ittiham edib: "İran indicə bir neçə böyüş başlığı daşıya bilən orta mənzilli ballistik raketi sınaqdan keçirib. Bu raketlə Avropanın bəzi hissələrinə və Yaxın Şərqin hər yerinə zərbə endirmək olar. Orta mənzilli ballistik raketi sınaqdan keçirilməsi BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsini pozur".
Onun sözlərinə görə, ABŞ "bu cür hərəkətləri pisləyir və nüvə silahının çatdırılması üçün nəzərdə tutulan ballistik raketlərlə bağlı bütün əməliyyatları dərhal dayandırmağa çağırır İran".