...

Əfqanıstanda "Taliban" üzvləri hərbi bazaya hücum edib: 8 ölü

Dünya xəbərləri Materials 9 Dekabr 2018 20:11 (UTC +04:00)
Əfqanıstannın Fərəh əyalətində "Taliban" radikal hərəkatının üzvləri hərbi bazaya hücum edib
Əfqanıstanda "Taliban" üzvləri hərbi bazaya hücum edib: 8 ölü

Bakı. Trend:

Əfqanıstannın Fərəh əyalətində "Taliban" radikal hərəkatının üzvləri hərbi bazaya hücum edib.

Trend-in məlumatına görə, Bala Buluk rayonunda yerləşən hərbi bazaya hücum nəticəsində 8 hərbçi həlak olub, 10-u isə girov götürülüb.

Bundan əlavə, "Taliban" üzvləri hərbi bazada olan bütün silah sursatı da ələ keçiriblər.

Qeyd edilir ki, insident zamanı iki "Taliban" üzvü yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti