...

Zəlzələ, sel, qasırğa Qərbi Azərbaycana 226 milyon dollar ziyan vurdu

Dünya xəbərləri Materials 21 Dekabr 2018 11:10 (UTC +04:00)
Bu il təbii fəlakətlər İranın Qərbi Azərbaycan vilayətinin infrastruktur və kənd təsərrüfatına 9,5 trilyon rial (təxminən 226 milyon dollar) ziyan vurub.
Zəlzələ, sel, qasırğa Qərbi Azərbaycana 226 milyon dollar ziyan vurdu

Bakı. Elnur Bağışov - Trend:

Bu il təbii fəlakətlər İranın Qərbi Azərbaycan vilayətinin infrastruktur və kənd təsərrüfatına 9,5 trilyon rial (təxminən 226 milyon dollar) ziyan vurub.

Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti fövqəladə halların idarə olunması idarəsinin baş direktoru Əmir Abbas Cəfəri deyib.

Onun sözlərinə görə, ziyanın 950 milyard rialı (təxminən 22,6 milyon dollar) kənd təsərrüfatı, qalanı isə infrastrukturlar, o cümlədən yollar və kənd evlərinə aiddir.

Cəfəri əlavə edib ki, İranda hər dörd ildə bir dəfə 5 baldan yuxarı, hər 10 ildə bir dəfə 6 və 6,5 baldan yuxarı zəlzələ baş verir. Buna görə, kənd evlərinin möhkəmləndirilməsi diqqət mərkəzində durmalıdır:

"Cari ildə fövqəladə hallar qarşısında sığortalanan kənd evlərinin sayı 130 min ev olub. Ümumilikdə Qərbi Azərbaycan vilayətində fövqəladə hallar qarşısında 250 min evdən təxminən 68 mini sığortalanıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti